Qonşu ölkədə internetə məhdudiyyət qoyulacaq
İranda internetə məhdudiyyətlər qoyulacaq. Globall.az xəbər verir ki, buna səbəb ölkədə son günlərdir baş verən etiraz aksiyalarıdır. Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Artıq bir neçə gündür başlayan kütləvi etirazlar hələ də davam etməkdədir. Aksiyalar ölkənin Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərini də əhatə edib.
Oxunub: 137
Xəbəri paylaş
Paylaş: