Kabildə oteldə partlayış: 3 ölü, 13 yaralı...

Əfqanıstanın paytaxtı Kabildə hoteldə partlayış baş verib.
Globall.az xəbər verir ki, bu barədə Kabil polisinin sözçüsü Xalid Zadran məlumat yayıb.
“Oteldə baş verən partlayış nəticəsində 3 soydaşımız həlak olub, daha 13 nəfər yaralanıb”, - Zadran bildirib.
Yerli media orqanları partlayışın otelin restoranında baş verdiyini yazıb.
Oxunub: 234
Xəbəri paylaş
Paylaş:




















