17 yaşlı qız itkin düşdü
Bakıda 17 yaşlı Billurə Şirinova itkin düşüb. Globall.az xəbər verir ki, hadisə sentyabrın 20-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Şirinova Billurə Rəşad qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində araşdırma aparılır.
Oxunub: 165
Xəbəri paylaş
Paylaş: