ABŞ Sinaydan çəkilmək istəyir, İsrail qarşı çıxır
ABŞ Misirin Sinay yarımadasına yerləşdirdiyi hərbçilərini geri çəkə bilər.
ABŞ mediasında yayılan məlumata görə, İsrail və ABŞ Dövlət Katibliyi hərbçilərin geri çəkilməsinə qarşı çıxır, ancaq Müdafiə naziri Mark Esper yarımadadakı 400 əsgəri ger çəkmək niyyətindədir.
Bu barədə danışan ABŞ Müdafiə Nazirliyinin sözçüsü Şon Robertson deyib:
"2018-ci ildə qəbul edilən Milli Müdafiə Strategiyasına əsasən, Pentaqon Çin və Rusiyadan gələn təhdidlərə qarşı çıxmaq üçün mənbələri prioritetləşdirməyi və qlobal miqyasda yerləşdirilən qüvvələrin vəziyyətini nəzərdən keçirir".
Oxunub: 293
Xəbəri paylaş
Paylaş: