Şarl Mişel Paşinyanla görüşdü
Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. Globall.az xəbər verir ki, görüş BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində baş tutub. Məlumata əsasən, tərəflər Azərbaycan-Ermənistan sərhəddəki vəziyyəti müzakirə edib. Şarl Mişel Ermənistan-Azərbaycan sərhədində gərginliyin davam etməsindən narahat olduğunu və regional problemlərin sülh danışıqları yolu ilə həllinin vacibliyini vurğulayıb. Həmçinin, iki ölkə arasında dialoqu təşviq etməyə hazır olduğunu da bildirib.
Oxunub: 173
Xəbəri paylaş
Paylaş: