Türkiyədə ağır qəza: 6 ölü
Türkiyənin Malatya vilayətinin Akçadağ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Kayseri-Malatya şosesinin Muratlı məhəlləsi ərazisindən keçən hissəsində baş verib. Minik avtomobili ilə TIR-ın toqquşması nəticəsində altı nəfər həyatını itirib.
Faktla bağlı araşdırma aparılır. TIR sürücüsünün həbs olunduğu bildirilir.
Oxunub: 196
Xəbəri paylaş
Paylaş: