Rus kişilər bu gündən ölkəni tərk edə bilməyəcək
Rusiyada səfərbərliyə çağırılan kişilərin ölkəni tərk etməsinə qoyulan qadağa bu gündən, yəni sentyabrın 26-dan etibarən tətbiq ediləcək.
Globall.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
"Sentyabrın 26-da səfərbərliyə çağırılanların xaricə səfərləri qadağan ediləcək. Hava limanında və sərhədçilərdə səfərbərliyə cəlb olunanların siyahısı olacaq”, - deyə bildirilib.
Qeyd edək ki, daha əvvəl bir neçə Rusiya KİV-i prezident administrasiyasındakı mənbələrə istinadən hərbi xidmətə yararlı kişilərin ölkədən çıxışına qadağa qoyulduğu barədə məlumat yaymışdı.
Oxunub: 140
Xəbəri paylaş
Paylaş: