İki qonşunun toyu
QANLA BİTDİ
Ucar sakini qonşusunu bıçaqlayıb. Globall.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Küçəkənd kəndində baş verib. Kənddə keçirilən toy şənliyində yeyib-içən iki qonşunun mübahisəsi qanla nəticələnib. Kənd sakini, 1971-ci il təvəllüdlü Maarif Həmid oğlu Xəlilov mübahisə etdiyi qonşusu, 1962-ci il təvəllüdlü Muxdər Rəhim oğlu Rəsulovun evinə gələrək ona bıçaqla xəsarət yetirib. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Oxunub: 417
Xəbəri paylaş
Paylaş: