Ucarda özünü yandıran 57 yaşlı əlil öldü
Ucarda dünən özünü yandıran kişi ölüb. Bu barədə Globall.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Məlumata görə, Ucar rayonunun Alpout kənd sakini, II qrup əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənov sentyabrın 4-də yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması nəticəsində aldığı xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakıdakı 5 saylı Şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsində ölüb. Faktla bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.
Oxunub: 222
Xəbəri paylaş
Paylaş: