XİN sözçüsü Ermənistanın ittihamlarına cavab verib
“Ermənistan növbəti saxta ittihamla çıxış edib”. Globall.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva tviter səhifəsində yazıb. O bildirib ki, İrəvan eyni ssenarini təkrarlayır: "Ermənistan atəşkəsi pozur, Azərbaycan adekvat tədbirlər gördükdə isə bizi ittiham edirlər”. XİN sözçüsü bildirib ki, bu, Ermənistanın danışıqları pozmaq üçün yeni bəhanəsidir: “Ermənistandan fərqli olaraq Azərbaycan gərginlikdə maraqlı deyil”.
Oxunub: 133
Xəbəri paylaş
Paylaş: