5 min rus hərbçisi mühasirədədir, Rusiyanın rədd cavabı şok yaşatdı
Rusiya komandanlığı öz qoşunlarına Ukrayna ordusu tərəfindən mühasirəyə alınan Limanı tərk etməyə icazə verməyib.
Bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday Teleqramda məlumat verib.
“Rusiya Federasiyasının Limanda yerləşən hərbçiləri ölkəni tərk etmək xahişi ilə öz rəhbərliklərinə müraciət ediblər, lakin onlara rədd cavabı verilib. Rusiya Federasiyasının 5 mindən çox hərbçisi mühasirəyə alınıb”, - Qayday vurğulayıb.
O qeyd edib ki, rus hərbçiləri ya mühasirəni yarmağa və ya təslim olmağa çalışacaqlar: “Demək olar ki, mühasirədə olan rus hərbçilərinin bütün qaçış və ya sursat təchizatı yolları bağlanıb”.
Oxunub: 172
Xəbəri paylaş
Paylaş: