ABŞ koronavirusu sürətlə aşkarlayan testə lisenziya verdi
ABŞ-ın tibbi tənzimləyicisi (FDA) insanın koronavirusa yoluxduğunu bir neçə dəqiqə ərzində müəyyənləşdirə bilən ilk antigen testinin istifadə edilməsinə təcili lisenziya verib.“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.
"ABŞ-ın Qida Məhsullarının və Dərmanların keyfiyyətinə Sanitar Nəzarəti üzrə İdarəsi COVID-19 antigen testdən istifadə ilə bağlı birinci təcili icazə verdi", - idarənin saytında deyilir.
FDA-nın yaydığı məlumatına görə, “Quidel Corporation” şirkətinin testi lisenziya alıb.
"Testin əsas üstünlüklərindən biri onun sürətidir, hansı ki, dəqiqələr ərzində nəticələr verə bilər", - FDA yazıb.
ABŞ dünyada koronavirusa ən çox yoluxma hallarının sayı üzrə birinci yerdədir. Birləşmiş Ştatlarda COVID-19-a 1 324 362 nəfər yoluxub.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.