Gürcüstana daxil olmaq istəyən ruslara çağırış vərəqəsi paylanılır

Gürcüstanın "Yuxarı Lars" sərhəd keçid məntəqəsi vasitəsilə Gürcüstana keçmək istəyən Rusiya vətəndaşlarına çağırış vərəqəsi paylanılır.
Globall.az xəbər verir ki, bu barədə Şimali Osetiya hərbi komissarlığından Rusiya mətbuatına bildirilib.
Qeyd olunub ki, hazırda sərhədi keçmək istəyən 180 nəfərə çağırış vəsiqəsi təqdim edilib.
Məlumat üçün bildirək ki, mobil əməliyyat qrupları “Yuxarı Lars”ın yaxınlığında yerləşir, onlar səfərbərlik zamanı çağırılan şəxslərə çağırış vərəqəsini təqdim edib geri qaytarırlar.
Oxunub: 203
Xəbəri paylaş
Paylaş:




















