Rusiyanın ən varlı oliqarxları 94 milyard dollar itirdi -
Zərərlərə görə lider sərvəti 60% azalmış Renova şirkətlər qrupunun direktorlar şurasının rəhbəri Viktor Vekselberq olub.
Globall.az xəbər verir ki, bu ilin əvvəlindən Rusiyanın ən varlı insanları ümumilikdə 94 milyard dollar kasıblaşıb.
“Bloomberg Billionaires İndex”ə görə, bu itkilərin üçdə birindən çoxu son bir ayda baş verib.
Reytinqə əsasən, itkilərə görə lider Aleksey Mordaşovdur. “Severstal” PJSC-nin baş direktoru Aleksey Mordaşov 2022-ci ilin əvvəlindən 9,8 milyard dollar itirib. Onun hazırda sərvəti 19,1 milyard dollar qiymətləndirilir.
Varidatını itirməkdə ikinci yerdə qərarlaşan Timçenkodur. Putinin yaxın dostlaırndan hesab edilən Gennadi Timçenko 9,7 milyard dollar itirib.
“Forbes” jurnalında Rusiyanın 3-cü ən varlı oliqarxı Vladimir Lisinin sərvəti 9,1 milyard dollar azalaraq 18,9 milyard dollara düşüb.
Faiz ifadəsində itkilərə görə lider Renova şirkətlər qrupunun direktorlar şurasının sədri Viktor Vekselberq olub - onun sərvəti 60%-dən çox azalıb və hazırda 11,2 milyard dollar təşkil edir.
Həmçinin Roman Abramoviç ilin əvvəlindən sərvətinin demək olar ki, yarısını itirib. O 18 milyard dollarlıq sərvətinin demək olar yarısını itirib. Onun sərvəti 9,7 milyard dollara düşüb.