Bu yollarda tıxac var
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Bu barədə Mərkəzdən bildirilib.
Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
- Heydər Əliyev prospekti kənar yol - Mərkəz istiqamətində;
- Heydər Əliyev prospekti əsas yol - Mərkəz istiqamətində;
- Alı Mustafayev küçəsi - Ziya Bünyadov prospekti istiqamətində;
- Bakı-Sumqayıt şosesi - "20 Yanvar" metrostansiyası istiqamətində;
- Tiflis prospekti - "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
- 28 May küçəsi - Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
- Bakıxanov küçəsi - İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;
- Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində;
- Bül-Bül prospekti - "Sahil" metrostansiyasının qarşısında;
- Babək prospekti - Mərkəz istiqamətində;
- Afiyəddin Cəlilov küçəsi - Yusif Səfərov küçəsi istiqamətində;
- 20 Yanvar dairəsində;
- Bakıxanov küçəsi - Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən Statistika dairəsi istiqamətində.