ABŞ müttəfiqlərini İrana qarşı ittifaqa çağırdı-
"Nasistlərə qarşı birləşdiyimiz kimi..."
ABŞ müttəfiqlərini 75 il əvvəl nasistlərə qarşı birləşdiyi kimi indi də İrana qarşı birləşməyə çağırır.
Bunu ABŞ-ın Dövlət katibi Mayk Pompeo deyib.
“ABŞ və müttəfiqləri dünyanı nasistlərdən və nifrət ideologiyalarından xilas etmək üçün birgə hərəkət ediblər. Hazırda dünyaya başqa bir cinayətkar rejim təhdid yaradır. Ona görə də Vaşinqton beynəlxalq ictimaiyyəti amerikalılara qoşulmağa və antisemitizmin dünyadakı nəhəng sponsorunu dayandırmağa çağırır”, – deyə o bildirib.
Pompeo ABŞ-ın nüvə razılaşmasından çıxmasının Yaxın Şərqə daha çox təhlükəsizlik gətirdiyini deyib. Dövlət katibi həmçinin ABŞ-ın İrana qarşı silah embarqosunu uzatmaq üçün bütün diplomatik vasitələrdən istifadə edəcəyini söyləyib.
Oxunub: 423
Xəbəri paylaş
Paylaş: