Cavab atəşi: Ukrayna Rusiyanı vurdu
Ukrayna ordusu Rusiyanın Belqorod vilayətinə zərbələr endirib.
Globall.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib.
Onun sözlərinə görə, Şebekino rayonunun vurulması nəticəsində 3 ev dağılıb, 1 sakin ölüb. Bundan başqa, Valuysk şəhər dairəsi və Konoplyanevka kəndi də atəşə məruz qalıb.
Teleqram kanallarının məlumatına görə, Kursk vilayətindəki dronların idarə olunması mərkəzi də vurulub.
Oxunub: 181
Xəbəri paylaş
Paylaş: