Ukrayna Rusiyada neft anbarını vurdu:
GÜCLÜ YANĞIN başladı - FOTO/VİDEO
Rusiyanın Belqorod vilayətində yerləşən neft anbarında güclü yanğın başlayıb.
Globall.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, neft anbarında olan yanacaq çənlər yanır, xilasedicilər yanğının digər çənlərə keçməsinin qarşısını almağa çalışırlar.
Hadisə nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir. Ən yaxın üç küçənin sakinləri daha təhlükəsiz yerə köçürülür.
xxxx
Rusiyanın Belqorod şəhərindəki neft bazasında yanğın Ukrayna Silahlı Qüvvələrinə məxsus iki helikopterin endirdiyi hava zərbəsi nəticəsində baş verib.
TASS xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında bildirib.
“Neft bazasında yanğın aşağı hündürlükdə Rusiya ərazisinə daxil olan Ukrayna silahlı qüvvələrinə məxsus iki helikopterin hava zərbəsi nəticəsində baş verib. Tələfat yoxdur”, - Qladkov yazıb.