Beyləqanda qaçırılan 14 yaşlı məktəbli qız tapılıb
Beyləqanda məktəblinin qaçırılması faktı ilə bağlı cinayət işi başlanılıb. Globall.a z xəbər verir ki, Beyləqan rayonu Qaralılar kəndindən 14 yaşlı məktəbli qızın qaçırılması faktı ilə bağlı Beyləqan rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə (Adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) cinayət işi açılıb. Qeyd edək ki, oktyabrın 8-də Rayon Polis Şöbəsi əməkdaşların həyata keçirdiyi müvafiq tədbirlərlə məktəblini qaçıran avtomobil saxlanılıb.
Oxunub: 197
Xəbəri paylaş
Paylaş: