Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • Nostalgiya, yoxsa həqiqət?
  • Xalq, millət, yoxsa cəmiyyət? Bir qarışıqlığın dumanında
  • QARAYEVİN DAĞIDICI TAMAHI, RÜŞVƏT PİRAMİDASI... - Deputatdan naziri bitirəcək yazı

    • Tarix: 11-05-2020, 16:41



    "Azərbaycan mədəniyyətini Qarayev zehniyyətinin həbsindən azad etməyincə,  bir buxov kimi mədəniyyətimizin potensialına ağır zərbə vurmağa davam edəcəkdir"

    Fazil Mustafa, millət vəkili



    BAZAR VƏ YEMƏKXANA MƏDƏNİYYƏTİ


    Yaşadığım Zabrat qəsəbəsində Sovet dövründə, bəlkə də ondan əvvəl tikilmiş əzəmətli bir Mədəniyyət Evi var.
    İllərdir bu köhnə, içərisi uçulub tökülmüş, pəncərələri dağılmış Mədəniyyət Evinin arxa bağçasında çürümüş taxtaların üzərinə bərkidilmiş brezent örtüklərlə piştaxtalarının üstü qapadılmış kiçik bir kənd təsərrüfatı məhsullarının satış bazarı var, yandan sağ tərəfində isə binanın həyətinə girmiş ucuz yeməklərin və ayaqüstü spirtli içkilərin məkanı kimi tanınan kiçik bir yeməkxana yerləşir. Hər dəfə buradan keçərkən ürək ağrısı ilə düşünürəm ki, bu cür böyük bir qəsəbədə necə ola bilər ki, belə bir Mədəniyyət Evi illərdir təmirsiz və istifadəsiz qalsın. 

    Həmin Mədəniyyət Evindən yüz metr aşağıda isə ikimərtəbəli köhnə, hər an uçmaq ehtimallı qəzalı vəziyyətdə olan binada musiqi məktəbi yerləşir. Məktəbə daxil olanda beynindən ancaq “Kəlmeyi-şəhadəti”ni oxuyub, sağ-salamat bu binadan dərhal aralanmaq istəyi keçir. Sonradan anlaşıldı ki, bu musiqi məktəbinin də əlacını tapıblar, tam heyəti ilə 15 kilometr uzaqda Maştağadakı Mədəniyyət Evinə köçürməyi planlaşdırıblar, lakin məktəbin müəllimlərinin və valideynlərinin etirazından sonra müvəqqəti olaraq məktəbi yerində saxlayıblar.
    Adı çəkilən musiqi məktəbindən iki yüz metr aşağıda da bir kitabxana yerləşir. Ölkənin əksər kitabxanalarını gəzmiş, burada çalışan dəyərli peşə adamları ilə söhbətləşmiş bir kitab həvəskarı olaraq bəlkə də bu yüz ilin ixtiyarlamış binasına daxil olarkən gözlərimə inana bilməmişdim ki, bu cür kitabxana saxlamaq necə mümkündür? 

    Döşəmənin taxtaları qopmuş, kitablar zala dolmuş çirkab suyunun içində, zavallı kitabxanaçılar da soyuq otaqda çiynlərinə paltolarını salıb ümidsiz vəziyyətdə iş vaxtının bitməsini gözləyirdilər.

    Ötən həftə bu barədə Milli Məclisdə ayrıca bir çıxış etmişdim, yüzlərlə kitabı ingiliscədən dilimizə tərcümə etmiş bir tərcüməçinin ağır yaşam durumu ilə maraqlanmayan mədəniyyət nazirini ittiham edərək, yuxarıda sadaladığım həmin konkret məsələləri ictimailəşdirməyə çalışmışdım. Və söyləmişdim ki, əsasən yoxsul ailələrin məskunlaşdığı Balaxanı, Zabrat, Məhəmmədi, Savalan kimi qəsəbələrdə bir müasir musiqi məktəbin olmaya, o balaca uşaqları valideynləri ilə birlikdə iki marşurut avtobusu dəyişmək zorunda buraxaraq Maştağaya göndərəsən, bu anlayışla idarə olunan dövlət orqanının adı hər nə olsa da, mədəniyyət nazirliyi ola bilməz. 

    Ölkədə əksər kitabxanalar, musiqi məktəbləri, mədəniyyət abidələrinin bir çoxu bu cür baxımsız vəziyyətdədir, bu cür anlayışsızlığın qurbanıdır. Bu gün bir daha həmin qocaman Mədəniyyət Evinin qarşısında durub düşünərkən maraqlı bir müqayisəni tutdum. Həmin xaraba qalmış Mədəniyyət Evi əslində Azərbaycan Mədəniyyət nazirliyinin prototipidir sanki... 

    Xaraba qalmış, kiflənmiş, çardağı çökmüş, pəncərələrində şüşə qalmamış, bir tərəfi dəxli olan-olmayan, hər kəsin mal satdığı, mal aldığı bazar, digər tərəfi isə büdcə vəsaitinin talandığı yeməkxana. Əslində illərdir Azərbaycan mədəniyyət nazirliyi alış-veriş bazarı ilə büdcə vəsaitlərinin mədəyə ötürüldüyü yeməkxananın simvolik sintezindən ibarətdir.

    Bilindiyi kimi, son vaxtlar ölkə prezidentinin korrupsiyaya qarşı açdığı savaşın ilk artileriya zərbəsi məlum icra başçılarına dəydi. Cəmiyyətdə talançılıqları ilə ad çıxarmış icra başçılarının bir-birinin ardınca “iş” başında yaxalanması insanlarımızda dövlətin dəyənəyinin bundan sonra fərq qoymadan bütün hədəflərə dəyəcəyinə ümid yaratdı. Hətta ölkə prezidenti söyləyəndə ki, bu yalnız icra başçılarının törətdiyi əməllər deyil, həm də mərkəzi orqanlarda, nazirliklərdə bu cür özbaşınalıq, rüşvətxorluq hökm sürür, onlara da layiqli cəzaları veriləcək, çoxunun ağlı, gümanı yeyintiyə daha yatqın nazirliklərin üzərinə yönəldi. Dövlət Təhlükəsizlik Xidmətinin torbasından isə ilk olaraq məhz mədəniyyət nazirliyi, onun vəzifəli şəxsləri çıxdı.

    Əslində, açıq şəkildə hələ söylənilməsə də, kimsəyə sirr deyil ki, bu rüşvət piramidası məhz 2006-cı ildən Qarayev cənablarının nazirlik məcarası başlayandan qurulub. Mədəniyyətimizin qalxınmasına xidmət edən hansısa ideyaya, hansısa təşəbbüsə dəstək vermək hələ bir yana dursun, o ideya və təşəbbüslərin boğulması üçün əlindən gələni etməyə çalışan bir nazir obrazı ilə represiya qurbanı olmuş Azərbaycan şairi Mikayıl Müşfiqin sümükləri ilə bağlı məsələ ortaya çıxanda biganə davranışları zamanı daha yaxından tanış olduq. Milli Məclisdə iki il öncə Bülbülün, Xan qızı Nətavanın, Üzeyir bəyin İncəsənət Muzeyinin arxa bağçasında gizlədilmiş erməni vandalizminin hədəfinə çevrilmiş heykəlləri üçün Dənizkənarı Bulvarda açıq səma muzeyi yaradaraq təbliğat vasitəsi kimi istifadə etmək təşəbbüsü qaldırdım, bu günə qədər də o heykəllər biganəliyin qurbanı kimi yerində gözləyirlər.



    Hələ 2016-cı ildə şəxsən mədəniyyət naziri ilə görüşərək Bakının işğalının 100 illiyi ilə bağlı film layihəsi təqdim etdim və bildirdim ki, 2018-ci ilə qədər bu film çəkilərsə, yubileyə və Türkiyə-Azərbaycan qadaşlığına böyük töfhə olacaq. Adam deyəsən Türkiyə-Azərbaycan qardaşlığının, Qafqaz-İslam ordusunun zəfər missiyasının mahiyyətini anlaya bilməmişdi. Elə oldu ki, Azərbaycan Prezidenti böyük bir tarixi addım ataraq 2018-ci ilin 15 sentyabrında Türkiyə prezidentini Bakıya dəvət etdi və iki qardaş ölkənin Azadlıq Meydanında birgə hərbi paradı keçirildi. Bakının işğaldan azad edilməsi gününü qeyd etdiyimiz zaman Mədəniyyət Nazirliyi şərəfli tariximizin bu dövrünə aid ortaya nə bir bədii film, nə də sanballı sənədli film qoymadı. Bakının işğaldan azad olunmasına 2018-ci ildə nazir Əbülfəz Qarayevin baxışı ilə 1918-ci ildə bolşevik Əliheydər Qarayevin baxışı arasında hansısa fərqin olmadığını görmək yaxşı ki, bizə müyəssər oldu.
    Yeni çağırış Milli Məclis formalaşanda iş elə gətirdi ki, Mədəniyyət Komitəsinə sədr müavini seçildim. Və ilk gündən bu sahədə bütün olub-bitənlərlə tanış olmağa çalışdım. Öncədən də bilgilərim yetərli sayıla bilərdi. 

    Görürdüm ki, Azərbaycanda film, kino sektoru çöküb, müstəqillik dövründə Sovet dövrünün ideoloji basqılarına rəğmən min bir çətinliklə çəkilmiş filmlərin səviyyəsinə yetişəcək bircə film belə ərsəyə gətirilmədi. Əksər peşəkarlar bu sahədən imkansızlığa və laqeydliyə görə uzaqlaşdı və ya uzaqlaşdırıldı. Dövlət sifarişlərini səmərəli istifadə edə bilmədilər və ayrılan vəsaitləri mənimsədilər. Araşdırılsa müəyyənləşər ki, kino istehsalı zamanı demək olar ki, ayrilan budcənin 50-60 faizi Kino idarəsinə çatdırılmadan mənimsənilmişdir. 2006-2020-ci illər ərzində Azərbaycanfilmin maddi texniki bazasi struktur kimi yenilənmək əvəzinə dağıdıldı. 
    Kinostudyanin binasında cari təmir başlasa da, hər şey alayarimçiq bir vəziyyətdə qaldı. Buzovna qəsəbəsində kinonun balansinda olan “Ekran” uşaq istirahət düşərgəsi dəyər-dəyməzinə satildı. Kinostudyaya məxsus 4-5 hektar torpaq sahəsi də satıldı. Ərazidə kinoya xidmət edən köməkçi binalar da başqa qurumlara, özəlşirkətlərə icarəyə verildi. Qonşu Gürcüstanda bu sahədə görülən işlərlə müqayisə aparılsa, o zaman görünər ki, mədəniyyət nazirliyindəki cinayətkar şəbəkə uzun illər dirçələ bilməyəcək kino sektorunu necə darmadağın etmişlər.
    Kitabxanaların durumu daha acınacaqlıdır. Sovet sistemindən miras qalmış kitabxanaların əksəriyyətinin yeri nazirliyin məsul şəxslərinin iştirakı ilə yaşayış binalarının tikintisi üçün satılmış, maddi texniki baza dağıdılmış, kitabxanaçılar ən aşağı maaş alan peşə sahiblərinə çevrilmişlər.

    Ölkədə tərcümə sektorunu dirçəltmək üçün real addım atılmamış, ədəbiyyatın inkişafı üçün gənc yazarların dəstəklənməsinə yönəlik konsepsiya hazırlamağa ehtiyac belə duyulmamışdır.

    Teatrlarımız da, aktyorların durumu göz qabağındadır. Turizmə vurulan zərbəni isə sadalamaqla qurtaran deyil.
    Bu ölkədə Mədəniyyət adına hansısı sahədə irəliləyiş varsa, orada birbaşa ölkənin birinci-vitse prezidenti Mehriban xanımın dəsti-xətti var. Muğam sənətinin inkişafı, xalçaçılığın bir sənət və peşə olaraq stimullaşdırılması və istehsal infrastrukturunun yaradılması, mədəni irsin qorunmasında İçəri Şəhərdən tutmuş Şəki Xan sarayına qədər, Nizami irsindən tutmuş Üzeyir bəyin irsinin təbliğinə qədər, Bakıda mədəniyyət sferasına aid olan nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsinə qədər, YUNESKO məkanında Azərbaycan mədəniyyətinin təmsilçiliyinə qədər bu dəst-xətti görmək, sezmək mümkündür. İndi gəlin yaradılanlara deyil, dağıdılanlara diqqət edək. Bütün dağıdılanların da arxasında, içində, böyründə-başında Əbülfəz Qarayevin dəsti-xəttini hökmən görə biləcəksiniz.

    Böyük mütəfəkkirimiz Əhməd Ağaoğlu “Üç mədəniyyət” əsərində mədəniyyətə tərif verərkən, onu bir millətin “həyat tərzi” olaraq təqdim edirdi. Bir millətin mədəniyyəti, onun maddi və mənəvi həyat tərzidir deyirdi. 

    On beş ilə yaxındır ki, bu dövlətin, bu millətin mədəniyyəti bir millətin deyil, milli dəyərlərdən tamamilə uzaq olan bir nazirin həyat tərzinin məhsuluna çevrilib. Əsl sənət adamlarının problemlərini dövlət başçısından gizlədərək, toy manıslarının, toppuş efir qaqaşlarının və ya madonnalarının hamisinə çevrilən bir nazir, səfalət içində ürəyi partlayan görkəmli rejissorumuz Rövşən Almuradlı kimi sənət fədaisinə göstərdiyi biganəliyə görə heç vaxt bağışlanmamalıdır.

    İndi nazirlikdə aparılan yoxlamaların, rüşvətxor nazir müavinindən, idarə rəisindən başlayan həbslərin harada yekunlaşacağını bilmirəm. Ancaq bildiyim odur ki, Azərbaycan mədəniyyətini Qarayev zehniyyətinin həbsindən azad etməyincə, sənətin, ədəbiyyatın, rəssamlığın, teatrın, kinonun, kitabxananın, kitab satış sektorunun, xalça sənətinin inkişafına dəstək verməli olan bir dövlət orqanı, onları çökdürən bir mexanizm kimi, bir buxov kimi mədəniyyətimizin potensialına ağır zərbə vurmağa davam edəcəkdir.

    Oxunub: 458
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.