"G-7"-dən Ukrayna AÇIQLAMASI
ABŞ , Kanada, Almaniya, İngiltərə, Fransa, İtaliya və Yaponiyadan ibarət "G7" ölkələrinin liderləri Rusiya ordusunun Ukraynanın bir çox bölgəsinə raket zərbələri endirməsindən sonra fövqəladə iclas keçirib.
İclasda "Böyük yeddilik" ölkələrinin liderləri Rusiyanın Ukraynaya son raket hücumlarını pisləyib.
"G-7" liderləri bu ölkəyə maliyyə, humanitar, hərbi və diplomatik dəstəyi davam etdirəcəklərini bəyan ediblər.
Liderlər həmçinin Rusiyanın gərginliyi artıran məsuliyyətsiz nüvə ritorikasını və qismən səfərbərlik elanını pislədiklərini açıqlayıblar.
“Rusiyanın kimyəvi, bioloji və ya nüvə silahından istifadə etməsinin ağır nəticələri olacaq'', - deyə birgə bəyanatda bildirilib.
Oxunub: 139
Xəbəri paylaş
Paylaş: