Ruhəngiz Qasımovanın qızı: "Anam on günün içində vəfat etdi"
Honq-Konqda vəfat edən əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımovanın qızı Canana Paşa Süleymani anasından danışıb.
Bəstəkarın qızı Publika.az-a bu sözləri deyib:
"Avqustun 14-də "Honk-Konqa getdik. Əvvələr hər zaman gəlirdi, pandemiyaya görə iki il idi ki, gələ bilmirdi. Orada bir ay yaxşı vaxt keçirdik. Sentyabrın 26-da qayıtmalı idik. O zaman anamın səhhəti pisləşdi. Bakıya qayıtmalı idik. On günün içində anam vəfat etdi".
Bəstəkarın qızı "Son sözü nə oldu" sualına isə "Dedi ki, uşaqlar üçün "bozbaş" bişirməyi yaddan çıxarma", -deyib. Canana anasının xəstəliyindən də danışıb:
"Bütün orqanları birdən fəaliyyətini itirdi. Belə fikirə gəldik ki, anam atamın rəhmətə getməsindən sonra yaşamaq istəmirdi. Atamın vəfatından doqquz ay keçib. Anam ömrü boyu güclü insan olub. O istəsəydi yaşaya bilərdi. Atam da Yasamal qəbiristanlığında dəfn olunub. Söhbət belə gedə bilməz ki, anam başqa yerdə dəfn olunsun. Honq-Konqda dəfn olunması mümkün deyil. Tarixdə ilk dəfədir ki, azərbaycanlı Honk-Konqdan Azərbaycana dəfn olunmaq üçün gətirilib. Sənəd işləri çox çətin oldu, amma düzəldi. Anam Allah adamı idi. Heç kim inanmırdı ki, Honq-Kongda sənədləri düzələ bilər və o, Bakıya gələ bilər".