Merin avtomobili evinin önündə yandırıldı
Gürcüstanın Calengixa əyalətinin meri Qia Xarçilavanın avtomobili evinin qarşısında yandırılıb.
Globall.az xəbər verir ki, bu barədə onun özü məlumat verib. Merin sözlərinə görə, hadisə gecə saatlarında baş verib.
Xarçilava qeyd edib ki, avtomobil texniki qüsursuz, yüz faiz saz vəziyyətdə olub.
Hadisədən sonra ekspertiza aparılıb, araşdırma başlayıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, faktla bağlı Cinayət Məcəlləsinin 187-ci, yəni özgəsinin əmlakına ziyan vurma və ya məhv etmə maddəsi ilə araşdırma başladılıb.
Qeyd edək ki, hazırkı mer keçmiş prezident Mixail Saakaşvilinin bir vaxtlar rəhbərlik etdiyi "Vahid Milli Hərakat" partiyasının üzvüdür.
Oxunub: 128
Xəbəri paylaş
Paylaş: