Kreml Krımın Ukraynaya qaytarılması ilə bağlı təcili gizli sorğu keçirir
Rusiya Kerç körpüsünün partladılmasından sonra Krımda sülh və sabitlik illüziyasını itirdiyindən öz vətəndaşlarının yarımadanın itirilməsinə hazır olub-olmaması ilə bağlı “gizli sorğu”ya başlayıb.
Globall.az xəbər verir ki, bu barədə Ukraynanın Milli Müqavimət Mərkəzi məlumat yayıb.
“Rusiyada ictimai rəyi “öyrənən” dövlət təşkilatları Krımın Ukraynanın nəzarətinə qaytarılması ilə bağlı sorğu keçirmək üçün təcili tapşırıq alıblar. Kerç körpüsünün partlamasından sonra Kreml təcili olaraq öz vətəndaşlarının yarımada uğrunda Ukrayna ordusu ilə döyüşə hazır olub-olmamasını və döyüşdə məğlubiyyətə münasibətini öyrənmək qərarına gəlib. Qapalı araşdırmanın məlumatları oktyabrın sonuna hazır olmalıdır”, - məlumatda deyilir.
Oxunub: 172
Xəbəri paylaş
Paylaş: