Bakıda ticarət obyektindəki yanğın söndürüldü - YENİLƏNDİ
Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli obyektdə baş vermiş yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
xxx
10:37
Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli obyektdə baş verən yanğın məhdudlaşdırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
10:12
Nərimanov rayonunda "Elit" Ticarət Mərkəzinin yaxınlığında ikimərtəbəli ticarət obyektində yanğın başlayıb.
Bu barədə FHN-dən məlumat daxil olub.
FHN-in "112" qaynar xəttinə" Nərimanov rayonunda "Elit" Ticarət Mərkəzinin yaxınlığında ikimərtəbəli ticarət obyektinin ikinci mərtəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN Yanğından mühafizə qüvvələri yanğınsöndürmə əməliyatlarına cəlb olunub.
Hazırda yanğınsöndürmə əməliyyatı davam etdiirlir. Əlavə məlumat veriləcək.