Bu yollarda tıxac yarandı
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Bu barədə Mərkəzdən bildirilib.
Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
- Heydər Əliyev prospekti kənar yol - Mərkəz istiqamətində;
- Heydər Əliyev prospekti əsas yol - Mərkəz istiqamətində;
- Ziya Bünyadov prospekti - Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
- Alı Mustafayev küçəsi - Ziya Bünyadov prospekti istiqamətində;
- Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metrostansiyası istiqamətində;
- Tiflis prospekti – “20 Yanvar” metrostansiyası dan mərkəz istiqamətində;
- 28 May küçəsi - Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
- Rəşid Behbudov küçəsi - Mərkəzi Bank istiqamətində;
- Dilarə Əliyeva küçəsi - Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Babək prospekti - Mərkəz istiqamətində;
- 20 Yanvar dairəsində.