Mahir Emrelidə virus aşkarlandı

Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun futbolçusu Mahir Emrelinin səhhətində problem yaranıb.
Bu barədə komandanın baş məşqçisi Ante Çaçiç mətbuat konfransında bildirib.
69 yaşlı mütəxəssis Emreli ilə yanaşı daha 4 oyunçuda virus aşkarlandığını söyləyib.
Çaçiç həmin şəxslərin XIV turda “Hayduk”la səfər görüşündə iştirak etməyəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, oktyabrın 21-də keçiriləcək “Hayduk” – “Dinamo” qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Oxunub: 209
Xəbəri paylaş
Paylaş:




















