Bakıda 15 yaşlı qız itkin düşüb
Bakıda 15 yaşlı qız itkin düşüb.
Hadisə oktyabrın 18-də paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü Əliyeva Xədicə Emin qızı saat 7 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Hazırda faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində araşdırma aparılır.
Oxunub: 138
Xəbəri paylaş
Paylaş: