Bakıda sərnişin avtobusu “Mercedes”lə toqquşdu
Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub. Hadisə Sahil qəsəbəsində qeydə alınıb. Belə ki, 164 nömrəli müntəzəm xətt üzrə hərəkətdə olan sərnişin avtobusu ilə “Mercedes-Benz” markalı minik avtomobili toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Oxunub: 191
Xəbəri paylaş
Paylaş: