“Məxfi materiallar”ın aktyoru öldü
Məşhur kanadalı aktyor Maykl Kopsa 66 yaşında vəfat edib.
Bu barədə onun keçmiş həyat yoldaşı Lusiya Francione Tvitter hesabında paylaşım edib.
O bildirib ki, Kopsa beyin şişindən yaranan ağırlaşmalardan dünyasını dəyişib.
Qeyd edək ki, M.Kopsa “Məxfi materiallar” (“The X-Files”), “Şotland” (“Highlander”), “Smolvil” (“Smallville”) və “Fantastik dördlük” (“Fantastic Four”) kimi Kanada serialları və filmlərində rol alıb.
Oxunub: 167
Xəbəri paylaş
Paylaş: