Referimiz ilk dəfə ÇL oyununu idarə edəcək
Azərbaycanın FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb. Globall.az Report-a istinadən xəbər verir ki, 35 yaşlı hakim Danimarkada "Kopenhagen" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasında keçiriləcək qrup mərhələsinin VI tur oyununu idarə edəcək. Qeyd edək ki, noyabrın 2-də "Parken" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Oxunub: 264
Xəbəri paylaş
Paylaş: