Soçi görüşü arxada qaldı - Bakının ata biləcəyi iki mümkün addım
NƏDİR? - VİDEO
“Rusiyaya Cənubi Qafqazda daim qanayan yara lazımdır”. Globall.az Teleqraf.com -a istinadla xəbər verir ki, bunu siyasi ekspert Fərhad Mehdiyev deyib. Ekspert Soçidə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında keçirilən görüşə diqqət çəkib: “Soçi görüşünə heç bir əhəmiyyət vermirdim. Rusiya büdrəyir, buna görə də “mən də varam, birdən məndən kənarda nəsə razılaşarsınız, sizə belə edərəm, elə edərəm” deyir. 1990-cı illərdə ermənilərdən bizə qarşı istifadə edirdilər. Bu gün ona imkanları yoxdur. Ermənilər bir az güclənsələr, yenidən 1990-cı illərin ssenarisini başladacaqlar, indi buna imkan yoxdur. Rusiyaya Cənubi Qafqazda daim qanayan yara lazımdır. Bu aksiomadır. Paşinyan da məsələni anlayıb, buna görə də Azərbaycanla razılaşmağa çalışır. Çünki güc balansı onların əleyhinədir. Bir sözlə, Putinin vasitəçiliyi ilə keçirilən danışıqlar deyil, danışıqlardan sonra olanlar daha maraqlıdır. Atılacaq mümkün addımlar var. Birincisi, Laçın dəhlizinin girişində nəzarət-buraxılış məntəqəsi qoymalıyıq. Qida və dərman kimi mülki təyinatlı yüklərin keçidi sərbəst olmalıdır. İkincisi, Ermənistanla münasibətdə 10 noyabr razılaşmasının dayandırıla biləcəyini elan etmək. 9-cu bənd üzrə öhdəliyini yerinə yetirmədiyinə görə”.