Ərdoğan azərbaycanlı hərbçiyə diplom təqdim edib
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan azərbaycanlı hərbçiyə diplom təqdim edib.
2015-ci ildən Daxili İşlər Orqanlarında çalışan Nuran Qənbərli ötən il Türkiyəyə “Zabitlik” kursu üzrə təhsil almağa göndərilib.
Təhsilini uğurla başa vuran Nuran Qənbərli Türkiyə prezidentinin də qatıldığı məzuniyyət gecəsinə dəvət olunub və ona diplomunu şəxsən Türkiyə prezidenti təqdim edib.
Qeyd edək ki, Nuran Qənbərli AzMİU-nun 2015-ci il məzunudur.
Oxunub: 131
Xəbəri paylaş
Paylaş: