Soçidə Zəngəzur dəhlizi müzakirəsi... - Rusiya XİN
Soçidə keçirilən üçtərəfli görüşdə Zəngəzur dəhlizi müzakirə olunub.
Globall.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, bu istiqamətdə işlər 3 ölkənin baş nazir müavinlərinin həmsədrlik etdiyi işçi qrup səviyyəsində davam etdiriləcək.
Qeyd edək ki, oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub. Liderlər müzakirələrin sonunda bəyanat imzalayıblar.
Oxunub: 148
Xəbəri paylaş
Paylaş: