Elmlər Akademiyasının 44 əməkdaşı saxlanıldı
Belarusda son günlər ölkənin Milli Elmlər Akademiyasının (BMEA) və onun struktur bölmələrinin 44 əməkdaşı saxlanılıb.
Globall.az xəbər verir ki, Dövlət Təhlükəsizlik Komitəsi onları casusluqda şübhəli bilib.
DTK alimlərin ev və iş yerlərində əməliyyat tədbirləri həyata keçirib, telefon və komyuterlərini incələyiblər.
“Azadlıq” radiosunun Belarus xidmətinin BMEA-dakı mənbələri bu məlumatı təsdiqləyib. Milli Elmlər Akademiyasının rəhbərliyi “profilaktik danışıqların” aparıldığını və saxlanılanların əksəriyyətinin sərbəst buraxıldığını bildirib.
Oxunub: 152
Xəbəri paylaş
Paylaş: