Cahangir Əsgərov vəzifəsindən azad olundu
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov vəzifəsindən azad olunub. Globall.az xəbər verir ki, bu barədə Publika.az sosial şəbəkələrə istinadla məlumat yayıb. AZAL-ın mətbuat xidmətindən məlumat nə təsdiq, nə də təkzib edilib. Xatırladaq ki, C.Əsgərovun vəzifədən azad edilməsi ilə bağlı Prezident sərəncamı yayılmayıb. Yalnız AZAL-ın strukturunda dəyişiklik edilib və vitse-prezidenti Samir Rzayev qurumun I prezidenti təyin edilib. Bununla da AZAL-da iki birinci vitse-prezident müəyyənləşib. Qeyd edək ki, C.Əsgərovun 72 yaşı var. O, 2008-ci ildən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti idi.
Oxunub: 122
Xəbəri paylaş
Paylaş: