Rusiyada 1666 hərbçi koronavirusa yoluxub
Rusiyada koronavirusa yoluxan hərbçilərin sayı artıb.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, indiyədək 1666 hərbçidə koronavirusa yoluxma aşkarlanıb. Onlardan ikisinin vəziyyəti ağırdır. On bir nəfərin durumu orta ağır qiymətləndirilir.
Bundan başqa, hərbi təhsil alan 1244 kursantın COVID-19 testi pozitib çıxıb.
Oxunub: 377
Xəbəri paylaş
Paylaş: