Bakı Bus avtobusu qəza törətdi: ölən var
Noyabrın 10-da saat 20 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini A.Babayev idarə etdiyi Bakı Bus-a məxsus BMC markalı xətt avtobusu ilə yolu keçən Sumqayıt şəhər sakini Seyfəddin Mustafazadəni vurub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada noyabrın 11-də orada ölüb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxunub: 143
Xəbəri paylaş
Paylaş: