Bu görüntülər insanların
QƏZƏBİNƏ SƏBƏB OLDU
Xəstəliyi səbəbindən ekranlarla vidalaşan Mehmet Ali Erbil bir müddətdir ki, "TikTok"da çəkdirdiyi videoları ilə birmənalı qarşılanmır. Ötən aylarda sosial media platformasından ayda 70 min-100 min lirə civarında qazandığı bildirilirdi. Erbil isə iddiaları təkzib edərək, pərəstişkarlarına ayda 45-50 min TL qazandığını və "TikTok"a davam edəcəyini açıqlayıb. Bir çox sosial media platformasında on minlərlə izləyicisi olan Mehmet Ali Erbil bu dəfə pərişan halda olduğunu əks etdirən videou ilə gündəmə gəlib. Həssas vətəndaşlar Kadıköydə paltosuz və ayaqyalın görkəmdə pilləkəndə oturan aktyorun köməyinə yetişib. Bir nəfər paltosunu çıxararaq məşhurun belinə salıb, digəri onun əlindən tutaraq ayağa qaldırıb və müvafiq quruma təhvil verməyə aparıb. Lakin bütün bunların "TikTok" videosu üçün olması, vətəndaşlarda hiddət doğurub. Mehmet Ali Erbil insanlar tərəfindən hissləri istismar etməkdə günahlandırılıb və ciddi mənfi reaksiyaya tuş gəlib.