Putin bu şəxsləri vətəndaşlıqdan məhrum edir
Dövlət Dumasına birinci oxunuşda qəbul edilmiş “Vətəndaşlıq haqqında” qanun layihəsinə Prezidentin imzası ilə düzəliş daxil olub. Düzəlişə əsasən, Rusiya ordusunu gözdən salan şəxs vətəndaşlıqdan məhrum edilə bilər. Bu barədə RİA “Novosti” məlumat yayıb. Qeyd olunur ki, dəyişiklik vətəndaşlığa xitam verilməklə cəzalandırılmalı olan cinayətlərin siyahısını genişləndirir. Söhbət Cinayət Məcəlləsinin 284.1-ci, 207.3-cü; 280.1-ci, 280.3-cü maddələrindən gedir. Vətəndaşlıqdan məhrumetmənin əsası həmçinin ekstremizmə açıq çağırışlar, dövlət xadiminin həyatına qəsd, silahlı üsyan təşkil etmə, quldurluq, soyğunçuluq, rüşvətxorluq, vandalizm, dövlət gerbinə və bayrağına hörmətsizlik və digər cinayətlər ola bilər. /Press.az/
Oxunub: 103
Xəbəri paylaş
Paylaş: