Artıq “TikTok”da BUNU ETMƏK OLACAQ
“TikTok” sosial şəbəkəsində məhsulların alınması və satışı üçün test funksiya işə salınıb.
Belə ki, Pekində yerləşən şirkət ABŞ-ın bir neçə iri müəssisəsinə öz məhsullarını birbaşa “TikTok” proqramı vasitəsilə satmağa imkan verəcək yeni funksiyanı sınaqdan keçirmək üçün müraciət edib.
ABŞ-dan olan satıcılar artıq “TikTok Shop”u sınaqdan keçirməyə başlayıblar.
Tezliklə digər məşhur beynəlxalq şirkətlərin də bu funksiyaya qoşulmağı planlaşdırdığı qeyd edilir.
Oxunub: 223
Xəbəri paylaş
Paylaş: