Yağış Bakıda tıxacları artırdı - SİYAHI
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Bu barədə Mərkəzdən bildirilib.
Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
Heydər Əliyev prospekti - Kənar yol, mərkəz istiqamətində;
Heydər Əliyev prospekti - Əsas yol, mərkəz istiqamətində;
Ziya Bünyadov prospekti - Olimpiya stadionunun qarşısından “20 Yanvar” metrostansiyası istiqamətində;
Alı Mustafayev küçəsi - Ziya Bünyadov prospekti istiqamətində;
Bakı-Sumqayıt şosesi - “20 Yanvar” metrostansiyası istiqamətində;
Binəqədi şosesi – “Azadlıq prospekti” metrostansiyası istiqamətində;
Tiflis prospekti - “20 Yanvar” metrostansiyasıdan mərkəz istiqamətində;
Koroğlu Rəhimov küçəsi - Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində;
Rəşid Behbudov küçəsi - Mərkəzi Bank istiqamətində;
Neftçilər prospekti - Azneft dairəsi istiqamətində;
Babək prospekti - Mərkəz istiqamətində;
20 Yanvar dairəsində.