Çin rəsmilərinə sərt sanksiya planı -
Uyğur türklərinin problemi Konqresdə
ABŞ Konqresi Şərqi Türküstanda uyğur türklərinə təzyiq siyasəti səbəbindən Çin rəsmilərinə sanksiya tətbiqinə dair qanun layihəsi qəbul edib.
Bu layihədə Çin rəsmilərinə sərt sanksiyaların tətbiq edilməsi nəzərdə tutulur.
Layihədə Tramp administrasiyasından uyğur türkləri və digər müsəlman azlıqlara tətbiq edilən təzyiq və işgəncəyə görə məsuliyyət daşıyan Çin rəsmilərinə sanksiya tətbiq edilməsinə dair çağırış edilib.
Bundan başqa, qanun layihəsində ABŞ Dövlət Departamentinin bölgədə insan haqlarını pozulmasına dair hesabat tələb edilib.
Qeyd edək ki, belə qanun layihəsinin bir variantını 2019-cu ildə ABŞ Konqresinin Senatı qəbul etmişdi. Nümayəndələr Palatası da layihəyəyə bəzi dəyişikliklər edərək onu ötən ilin dekabrında təkrar Senata gönərmişdi.