Xankəndiyə gəldilər - Qondarma bayraq fonunda Vardanyanla görüşdülər
Nikolya Fleurinin başçılıq etdiyi Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndə heyəti Xankəndidə olub.
Globall.az xəbər verir ki, BQXK nümayəndələri Xankəndidə qondarma bayraq fonunda separatçıların başçılarından biri Ruben Vardanyanla görüşüblər.
Vardanyan BQXK-nin müharibədən sonra bölgədə yaşayan ermənilər üçün "humanitar dəstək proqramları" həyata keçirdiyini deyib.
Nikolya Fleuri bu il ərzində "görülmüş və həyata keçirilən işlər", bölgədə yaşayan ermənilərə "sosial-iqtisadi dəstək proqramları" barədə məlumat verib. "Gələcək əməkdaşlıq və proqramlar"ın icrasının davamlılığının təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Ermənistan mətbuatı Fleurini “BQXK-nin Qarabağ missiyasının rəhbəri” kimi qələmə verib.
Oxunub: 121
Xəbəri paylaş
Paylaş: