Ermənistanda daha 184 nəfər koronavirusa yoluxdu -
52 ölü
Ermənistanda son sutkada daha 184 nəfər koronavirusa yoluxub, bununla da ölkədə ümumi yoluxma sayı 4044-ə çatıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Bildirilir ki, son 24 saatda Ermənistanda infeksiyadan daha 3 nəfər ölüb və ölənlərin ümumi sayı 52-yə yüksəlib.
İndiyədək 1662 xəstə sağalıb.
Oxunub: 243
Xəbəri paylaş
Paylaş: