Türkiyədə 4 bələdiyyə sədri saxlanıldı - Terror təşkilatı ilə əlaqələrinə görə

Türkiyədə 4 HDP-li bələdiyyə sədri saxlanılıb.
Türkiyə mediası xəbər verir ki, onlar terror təşkilatı ilə əlaqədə ittiham olunurlar.
Belə ki, Siirt bələdiyyəsinin sədri Berivan Helen İşıq, Baykan bələdiyyəsinin sədri Ramazan Sarsılmaz, Kurtalan bələdiyyəsinin sədri Baran Akgül və İğdır bələdiyyəsinin sədri Yaşar Akkuş vəzifələrindən azad olunublar.
Hər 4 HDP-li bələdiyyə sədri barədə terror təşkilatları ilə əlaqədə olma ittihamı ilə cinayət işi açılıb.
Araşdırmalar davam edir.
Oxunub: 466
Xəbəri paylaş
Paylaş: