Lukaşenko: Allaha şükür, “MakDonalds” getdi
Mən Allah şükür edirəm ki, “MakDonalds” Belarusdan getdi. Globall.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. “Bəzi insanlar, xüsusən də gənclər bu xəbəri eşidib ağladılar ki, “MakDonalds” gedir. Şükür Allaha ki, gedir. Guya yumru çörəyimiz yoxdur ki, içinə ət, kartof və kahı əlavə edək? Ay Allah, bunu görəsən kim qida kimi yeyir?” - Lukaşenko deyib. Xatırladaq ki, bu yaxınlarda “MakDonalds” Belarus bazarını tərk etmək qərarı verib.
Oxunub: 112
Xəbəri paylaş
Paylaş: