Təyyarə avtomobilə çırpıldı - ÖLƏN VAR

Peruda hava limanına enən təyyarə yük avtomobili ilə toqquşub.
Peru Yanğınsöndürmə Xidməti toqquşma nəticəsində iki yanğınsöndürənin həlak olduğunu açıqlayıb.
Latam Hava Yollarına məxsus sərnişin təyyarəsi paytaxt Limanın Xorxe Çaves Beynəlxalq Hava Limanına endikdən sonra yolun kənarındakı yük avtomobilinə çırpılıb. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb. Əraziyə çoxlu sayda yanğınsöndürən və xilasetmə qrupları göndərilib.
Sosial mediada əks olunan görüntülərdə qəzadan sonra təyyarənin mühərrikindən tüstü qalxdığı görülüb.
Hava limanı şirkətindən qəzanın səbəblərinin araşdırıldığı bildirilib.
Oxunub: 179
Xəbəri paylaş
Paylaş:




















