İstanbul terroruna görə bu ölkədə 5 nəfər saxlanıldı
Bolqarıstan polisi İstanbulun İstiqlal küçəsində 6 nəfərin ölümü ilə nəticələnən terror aktı ilə bağlı 5 şübhəlini saxlayıb.
Saxlanılanlar arasında Moldova vətəndaşları və ərəb əsilli şəxslərin də olduğu qeyd edilir.
Bolqarıstan prokurorluğunun rəsmi nümayəndəsi Siyka Mileva saxlanma ilə bağlı məlumatı təsdiqləyərək bildirib ki, 5 nəfərdən dördü 72 saat saxlanılıb və onların daimi həbsi üçün məhkəməyə tələb irəli sürülüb. İlkin məlumatlara görə, saxlanılanlar terror aktının təşkilatçılarını maddi-texniki və kommunikasiya dəstəyi ilə təmin ediblər.
Oxunub: 132
Xəbəri paylaş
Paylaş: