Ukraynanın hər yerində hava xəbərdarlığı elan edildi
Ukraynanın bütün ərazisində hava hücumu xəbərdarlığı elan edilib. Globall.az xəbər verir ki, bu barədə “RİA Novosti” ölkənin Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinin məlumatlarına istinadən yazıb. Məlumata görə, Bakı vaxtilə saat 11:15 radələrində həyəcan siqnalı verilib. Noyabrın 15-də Lvov şəhərinin meri Andrey Sadovyi özünün Teleqram kanalında şəhərdə partlayışların baş verdiyi barədə məlumat verib. Onun sözlərinə görə, Lvovun bir hissəsi işıqsız qalıb. Kiyev administrasiyası Teleqram kanalında da şəhərdə iki partlayışın baş verdiyi barədə məlumat yayıb. Bundan əvvəl bütün Ukraynada hava həyəcanı elan edildiyi məlum olub. Şəhərin meri Vitali Kliçkonun sözlərinə görə, bəzi sakinlər işıqsız qalıb. Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində partlayış səsləri eşidilir. Bu barədə “Suspilne” nəşri məlumat yayıb. Qeyd olunur ki, partlayışlar Dnepropetrovsk vilayətinin Krivoy Roq, eləcə də Ukraynanın Çerkassı və Xmelnitski vilayətlərində baş verib. Hava hücumu davam edir.